Xəbər lenti

İranda yeni təbii qaz hövzəsi tapılıb
Ekonomiks15:25 08.05.2013

İranda yeni təbii qaz hövzəsi tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranda yeni təbii qaz hövzəsi tapılıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Milli Neft Şirkətinin müdiri Əhməd Qəlabani açıqlama verib.

Onun sözlərinə ölkənin qərbində, İlam vilayətində kəşf edilmiş yatağın təbii qaz ehtiyatı 260 milyard fut kubdur: “Hövzədən 175 milyard fut kub təbii qaz hasil oluna bilər”.

Ə.Qəlabani həmçinin sərhəd bölgələri və müştərək hövzələrdə yeni qaynaqların olduğunu və yaxın günlərdə bununla bağlı məlumat veriləcəyini də bildirib.

Qaynar.info