Xəbər lenti

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı
Ölkə10:12 06.06.2026

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.
Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.