Xəbər lenti

İranı ittiham etdi
Siyasət11:57 24.05.2013

İranı ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fəzail İbrahimli: “İran tərəfinin Azərbaycana qarşı daim qərəzli addımları göz qabağındadır”

“Bu, İran dövlətinin  ilk atdığı addım deyil. Daim münasibətləri gərginləşdirmək, hansısa məqamlarda özünün mahiyyətini büruzə vermək, Azərbaycan vətəndaşlarına daima şübhə ilə yanaşmaq psixologiyasından doğan bir məsələdir”.

Bunu Qaynar.info-ya Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. O bildirib ki, bu məsələdə haqq öz yerini tapacaq: “Bilirsiz ki, bir müddət əvvəl şairlərimiz də saxlanılmışdı. İndi də Xalidə Xalidi saxlayıblar. İranda saxlanılan Xalidə Xalid Azərbaycanın aktiv qadınlarından biridir. Düşünürəm ki, haqq əzilər, amma üzülməz. Azərbaycan öz vətəndaşının hüquqlarını qorumağa qadirdir”.

F.İbrahimlinin sözlərinə görə, İran tərəfi onun saxlanılmasının səbəbini ortalığa qoymalıldır: “Onun saxlanılmasının siyasətlə bağlılığını deyə bilmərəm. Amma İran tərəfinin Azərbaycana qarşı daim qərəzli addımları göz qabağındadır”.

İlkin
Qaynar.info