Xəbər lenti

İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırıldı (RƏSMİ)
Ölkə12:34 05.03.2026

İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırıldı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:
"Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".