Xəbər lenti

İranla İsrail arasında böyük savaş ehtimalı:
Dünya 13:11 28.10.2024

İranla İsrail arasında böyük savaş ehtimalı: "Müharibənin alovlanması..."

"İran və İsrailin özü də bu müharibənin alovlanmasında maraqlı deyillər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

"Hazırda Qəzza, Livan, Suriya və İraqda baş verən proseslər fonunda İranla İsrail arasında yaşanan gərginlik böyük müharibənin alovlanmasına gətirib çıxarmayacaq. Belə bir ehtimal çox aşağıdır. Həm şərtlər, həm də bölgədə marağı olan aktorlar belə bir müharibənin baş verməsinə imakn verməyəcəklər", deyə Vüqar Zifəroğlu bildirib.
 


Həmsöhbətimiz deyib ki, İran və İsrailin özü də bu müharibənin alovlanmasında maraqlı deyillər:

"Çünki bilirlər ki, bu prinsip etibarı ilə ciddi, digər başqa yan proseslərin başlamasına təkan verə və hər iki ölkə üçün nəticəsi əvvəldən hesablana bilməyəcək, bir sıra məqamların ortaya çıxmasına səbəb ola bilər. Ona görə də müharibə olmayacaq. Lakin bununla belə, mütəmadi şəkildə, apreldə, oktyabrda olduğu kimi, bir müddət sonra da bu formada müəyyən qarşılıqlı raket atışları mübadiləsinin baş verəcəyini də istisna etmək olmaz". 

Qeyd edək ki, İsraillə İran arasında bir-birinə raket zərbələri endirmək kimi qarşıdurma davam edir. Oktyabrın 25-də İsrail İrəna gözlənilən zərbəni endirdi. İran isə oktyabrın 1-də İsraili raket atəşinə tutmuşdu. Anoloji olay apreldə də olub. Yəni görünən odur ki, İranla İsrail bir-birinə zərbələr endirməkdə davam edir. Bu fonda indi növbə İranındır. Hələlik cavab zərbəsilə bağlı İran rəsmilərindən hər hansı bir qəti fikirlər səslənməyib. Amma mövcud situasiya qarşılıqlı atəşma prosesinin hələ davam edəcəyini deməyə əsas verir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->