İraqın Naynava əyalətində toy şənliyi zamanı yanğın baş verib.
Qaynarinfo "Al Arabiya” agentliyinə istinadən xəbər verir ki, hadisəyə atəşfəşanlıq səbəb olub. Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmayıb və nəticədə faciə baş verib.
Hadisə nəticəsində 120 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Şərhlər