Xəbər lenti

İrəvandan Bakıya təyyarə uçur?- FOTO
Ekonomiks16:59 11.06.2013

İrəvandan Bakıya təyyarə uçur?- FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrəvanın Zvartnos hava limanının saytında hər iki ölkə vətəndaşlarını şoka salan məlumat yerləşdirilib.

haqqin.az-ın verdiyi məlumata görə, saytda yerləşdirilən cədvəldə İrəvan-Bakı təyyarə reysinin vaxtı göstərilib. Cədvələ görə, “SV Biznes Aviasiya” hava yolları şirkətinə məxsus təyyarə ESW 888 saylı reyslə mayın 23-də İrəvandan yola düşüb və saat 20.30-da Bakıya eniş edib.

Məsələyə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də reaksiya verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri məlumatı təkzib edib və bunu təxribat kimi qiymətləndirib.

Qaynar.info