Xəbər lenti

İrina Zaretska qızıl medal qazandı
İdman18:26 20.02.2022

İrina Zaretska qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.
Qaynarinfo xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub olaraq 5-ci yeri tutub.
Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.