Xəbər lenti

Şirkət rəsmisi "Azərbaycan" qəzetini məhkəməyə verdi
Ekonomiks08:36 11.09.2024

Şirkət rəsmisi "Azərbaycan" qəzetini məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin orqanı olan "Azərbaycan" qəzeti məhkəməyə verilib. 
Qaynarinfo-nun məlumatına görə, iddiaçı Bağırova Aygül Saday qızıdır. 
Araşdırmalarımız zamanı məlum olub ki, Aygül Bağırova "Tovuz Baltiya" şirkətinin aparat rəhbəridir. 
Onunla "Azərbaycan" qəzeti arasındakı mübahisənin detalları bəlli deyil. Açıq mənbələrdə də işin mahiyyəti barədə heç bir məlumat yoxdur. 
Aygül Bağırovanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Həmid Ağalarov iş üzrə hakim təyin edilib. 
"Tovuz Baltiya" Azərbaycanın ilk özəl şirkətlərindən biridir. 1989-cu ildə təsis edilən şirkət şərab istehsalı ilə məşğuldur. Şirkətin təsisçisi Naiq Məmmədhəsnovdur.
"Azərbaycan" qəzeti 1918-ci ildən fəaliyyət göstərir. Qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdur. O, eyni zamanda Milli Məclisin deputatıdır. 
Onu da qeyd edək ki, həm də "Granate of Azərbaycan" şirkətinin baş direktoru olan Aygül Bağırova "Qalib Sərkərdə" və "Qalib Sərkərdənin zərif gücü" adlı kitabların müəllifidir. "Qalib sərkərdə" ölkə başçısı İlham Əliyevə, "Qalib sərkərdənin zərif gücü" isə birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunub.
Seyid