Xəbər lenti

İrlandiya şirkəti Kriştiano Ronaldonu belə ələ saldı (VİDEO)
İdman11:08 15.03.2023

İrlandiya şirkəti Kriştiano Ronaldonu belə ələ saldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrlandiyanın "Ryanair" aviaşirkəti "Əl-Nassr”ın futbolçusu Kriştiano Ronaldonu məzələnib.
Qaynarinfo xəbər verir ki, şirkət "Abha” ilə oyunda qəzəblənən və topu havaya tərəf vuran portuqaliyalı superulduzu ələ salıb. 
Səudiyyə Ərəbistanı Çempionlar Kubokunda "Əl-Nassr" "Abha" ilə qarşılaşıb. Matç zamanı portuqaliyalı hücumçu əsəbini cilovlaya bilməyib. Komandasının 3:1 hesabı ilə qələbə qazandığı matçda Ronaldo epizodların birində topu havaya tərəf atıb. Nəticədə onun hərəkəti hakimə etiraz kimi qiymətləndirilib və sarı vərəqə ilə cəzalandırılıb. 
"Ryanair" aviaşirkəti də topu yuxarı vuran Ronaldonu ələ salmaq fürsətini qaçırmayıb.
Səbuhi Həsənov