İspaniya La Liqasının ötən turunda baş tutan "Valensiya" - "Real" matçında irqçiliyə məruz qalan Madrid klubunun futbolçusu Vinisiusun qırmızı vərəqəsi ləğv olunub.
Qaynarinfo-nun məlumatına görə, "Valensiya"nın "Real"ı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın sonlarına yaxın qırmızı vərəqə ilə oyundan kənarlaşdırılmşdı. İspaniya Futbol Federasiyası matçdan 2 gün sonra vingerin qırmızı vərəqəsinin ləğv edildiyini açıqlayıb.
Sözügedən oyunda Vinisiusa azarkeşlər tərəfindən irqçi şüarlar da səsləndirilmişdi. Federasiya irqçi şüarları səsləndirən azarkeşlərin yerləşdiyi tribunanın 5 matçlıq bağlandığını da açıqlayıb. Stadiondakı digər tribunalarda azarkeşlər oyunlara baxa biləcək.
Səbuhi Həsənov