Sabiq ingilis qadın kriketçi Eboni Reynford-Brent, ona yazılan irqçi məktubu şəxsi tvitter hesabından paylaşıb.
Qaynarinfo xəbər verir ki, İngiltərə millisində forma geyinən ilk qaradərili oyunçuya ünvanlanan nifrət dolu məktub ortaya çıxıb. İngiltərədən getməsi yönündə hədə dolu məktubu paylaşandan sonra 37 yaşlı sabiq idmançıya pərəstişkarları tərəfindən minlərlə dəstək mesajı yollanıb.
2001-2010-cu illərdə İngiltərə milisində 29 oyunda forma geyinən Reynford-Brent, karyerasını bitirdikdən sonra ingilis kanallarında kriket oyunlarını şərh edir.
Səbuhi Həsənov