Xəbər lenti

"Şirvanşah" muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət
Ekonomiks17:15 28.01.2025

"Şirvanşah" muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi (FHN) fiziki şəxs Zeynalov Ziya Zakir oğlu ilə satınalma müqaviləsi bağlayıb. 
Qaynarinfo-nun məlumatına görə, müqavilə qidalanma xidmətinin satın alınması ilə bağlıdır. 
Müqvailənin maliyyə dəyəri 1534 manatdır. 
Məlum olur ki, bu xidmət FHN-ə "Şirvanşah" muzey restoranında gösrətiləcək. 
"Şirvanşah" muzey restoranı vergidə "Şirvanşah Muzey Restoran" MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarına görə, MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi isə Hacızadə Anar Bayram oğludur. 
Seyid