Xəbər lenti

İş axtaran gənclərin nəzərinə
Ölkə10:37 13.04.2016

İş axtaran gənclərin nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ödənişsiz PR menecment (təbliğat, sosial şəbəkələrdə tanıtım, təqdimat tədbirlərinin təşkili və.s) kursunda təhsil almaq, kursu bitirdikdən sonra isə işlə təmin olunmaq istəyirsinizmi?

Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının, "M Group" Şirkətlər qrupunun rəsmi dəstəyi ilə PR Akademiya PR şirkəti tərəfindən ödənişsiz PR menecment təlimlərinin təşkili məqsədilə həyata keçirilən PR akademiya layihəsi 2016-cı il təlimlərinə start verir.

Qaynar.info xəbər verir ki, 16 aprel saat 14:00 da Bakı Slavyan Universitetində PR Akademiyaya 2016-cı il üzrə qəbul seminarı keçiriləcəkdir. Seminarda iştirak edənlər CV-ləri dolduraraq sənəd verəcəklər. CV-lər PR Akademiya tərəfindən hazır təqdim olunacaq. Heç bir sənəd tələb olunmur və yaş, təhsil məhdudiyyəti yoxdur.

PR Akademiya 2 qəbul seminarının qonaqları:

Murad Dadaşov - İş adamı, tanınmış şoumen. M Group şirkətlər qrupunun rəhbəri 

Şahin İsmayılov - Millət Vəkili. Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının sədri.

Kaan Tetik - Türkiyədən xüsusi dəvət edilmiş PR menecment üzrə ekspert 

Mütəllim Alişanov - İş adamı, ölkəmizdə restoran və əyləncə biznesinin inkişafında böyük rolu olan mütəxəssis, Energy Club, Electra Events Hall-ın general manageri 

Nuranə Ağazadə - #PRakademiya layihəsinin və PR şirkətinin rəhbəri olacaqlar.

İştirak etmək istəyənlər 055 480 67 81 - PR Akademiyanın rəsmi əlaqə nömrəsinin watsapına Ad Soy adlarını yazıb gələcəklərini bildirə və ya [email protected] emailinə Ad Soy ad və əlaqə nömrələrini yazaraq qeydiyyatdan keçə bilərlər. 

Qaynar.info