Xəbər lenti

İş başında ölən zavod işçilərinin fotosu
Ölkə06:36 04.06.2024

İş başında ölən zavod işçilərinin fotosu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, dünən ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.
"Qafqazinfo” xəbər verir ki, iş yoldaşları vəfat edən həmkarlarının fotolarını paylaşıb. 
Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində baş verib. ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Belə ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Dünyasını dəyişmiş zavod əməkdaşlarının fotosunu təqdim edirik: