Xəbər lenti

İsa Hüseynov harada dəfn olunacaq?
Ölkə10:21 01.04.2014

İsa Hüseynov harada dəfn olunacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq yazıçısı İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq.

Yazıçının qızı Sevinc Hüseynzadənin APA-ya verdiyi məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar onların evinə gəlib: “Anar müəllim dedi ki, dəfn I Fəxri Xiyabanda olacaq. Hələlik vida mərasiminin harada keçirilməsi düşünülür. İstəyirlər, Milli Dram Teatrından götürsünlər, amma indi dəqiq vaxt və yer bəlli deyil”.

S. Hüseynzadə əlavə edib ki, İ. Hüseynov sabah dəfn olunacaq.

Qeyd edək ki, xalq yazıçısı İsa Hüseynov ötən gün axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Qaynar.info