Müsavat başqanı İsa Qəmbər Türkiyə xalqına başsağlığı verib.
Qaynar.info xəbər verir ki, başsağlığında deyilir:
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı böyük elçisi İsmail Alper Coşkun cənablarına Türkiyə Cümhuriyyətinin Manisa bölgəsində kömür mədənində baş verən ağır faciəyə görə Türkiyə xalqının və partlayış nəticəsində həlak olan insanların ailə üzvlərinin dərdlərinə şərik olur və onlara dərin hüznlə başsağlığı veririk.
Hələ də mədəndə qalan insanların tezliklə xilas olması və yaralıların sağalması üçün dualarımızı əsirgəmirik.
Qaynar.info