Xəbər lenti

İsa Qəmbərin evində toydur
Ölkə12:29 16.02.2013

İsa Qəmbərin evində toydur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Müsavat başqanı İsa Qəmbərin ailəsində əlamətdar gündür. Bu barədə “Qafqazinfo”ya özəl mənbədən məlumat daxil olub. Məlumata görə, İsa bəyin böyük oğlu İlkin Qəmbərin nişan mərasimidir.

Nişan mərasiminin başqanın ailəsi və yeni qohumların iştirakı ilə ev şəraitində keçirildiyi bildirilir. İsa Qəmbərin qərbi Azərbaycandan olan bir ailə ilə qohum olduğu haqda məlumatlar var. O da məlumdur ki, İsa Qəmbərin qohum olduğu ailə müxalifətçi deyil.

Cütlüyün toyunun da bu il baş tutacağı deyilir.

İsa Qəmbərin kiçik oğlu Turqut Qəmbər “Qafqazinfo”nun bu barədə sualına “şəxsi məsələlərdən danışmaq istəmirəm” cavabını verib.

Qaynar.info