Xəbər lenti

İşğaldan azad olunan ərazilərimizin bərpasında verginin xüsusi rolu - Deputat
Ekonomiks09:50 11.02.2022

İşğaldan azad olunan ərazilərimizin bərpasında verginin xüsusi rolu - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İşğaldan azad olunan ərazilərimizin bərpasında, iqtisadiyyatın formalaşması və re-inteqrasiyasında da verginin xüsusi rolu olacaq".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Vergi Xidməti işçilərinin peşə bayramından danışarkən deyib. Deputat bildirib ki, vergi iqtisadi inkişaf üçün yalnız fiskal deyil, eyni zamanda stimullaşdırıcı alətlərdən biridir:
"Pandemiya dövründə büdcə daxilolmalarında stabilliyin və mövcud struktur şaxələndirilməsinin qorunub saxlanmasında Vergi Xidmətinin xüsusi rolu oldu. Belə ki, 2021-ci ildə vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manata çatdı. Bu isə proqnozun 17,7 % artıq icrası deməkdir. Qeyri-neft sektoru üzrə illik vergi daxilolmaları da 13,5% artaraq 6,4 mlilyard manata çatıb”.
Vüqar Bayramov onu da əlavə edib ki, daha çox stimullaşdırıcı tədbirlər ilə sərmayələrin cəlb edilməsi hədəflənir:
"Artıq Ağdam və Cəbrayıl rayonlarında yaradılan sənaye parklarında vergi güzəştləri tətbiq edilməklə daxili sərmayə təşviq olunacaq. 2030-cu ilədək olan Milli Prioritetlər də vergi sektoru üçün yeni imkanlar və çağrışlar formalaşdırmaqdadır. İqtisadiyyatın ağardılmasının dərinləşdirilməsi, qeyri-neft istehsal və ixracatının artırılması kimi hədəflər də verginin iqtisadi inkişafı stimullaşdrıcı alətlərindən daha sıx istifadə edilməsini zəruri edir”.
Bahar Rüstəmli