Xəbər lenti

İşğaldan azad olunan torpaqların sakinləri yurdlarına nə vaxt qayıdacaq?
Ölkə09:10 15.10.2020

İşğaldan azad olunan torpaqların sakinləri yurdlarına nə vaxt qayıdacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İşğaldan azad olunan rayon, kənd və qəsəbələrin sakinləri ancaq müharibə başa şatandan sonra öz ata-baba yurduna qayıda bilər”.

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərin sakinlərinin tez bir zamanda ata-baba yurduna qayıtmaq istəyi qururvericidir:

"Bu, başa düşülən hisslərdir. Müharibə başa çatacaq, bütün ərazilər minalardan təmizlənəcək. Təmizlik işləri başa çatandan sonra quruculuq işlərinə başlanılacaq. İşğal olunmuş ərazilərdə bütün infrastruktur dağılıb. İnfrastruktur bərpa olunmalıdır, şəhər, kənd və qəsəbələrdə məktəb, xəstəxana, uşaq bağçaları, mağazalar, mədəniyyət evləri tikiləcək. Bir sözlə, hər şey bərpa olunandan sonra dövlət işğal olunan ərazilərin sakinlərinə öz ata-baba yurduna qayıtmaq üçün dəstək olacaq. Dövlət bütün insanlara dəstək olacaq ki, onlar qısa zamanda təsərrüfat işləri ilə məğul ola bilsinlər”.

Ekspert qeyd edib ki, işğal olunan ərazilərin sakinlərinin ata-baba yurduna tez qayıtmaq istəyi başa düşüləndir:

"Onların arzuları var, 30 ildir ordan çıxıblar. Hər kəs ata-baba evini görmək istəyir. Bunlar qəbul ediləndir və yüksək qiymətləndirilir. İnsanlar öz yudlarının həsrətindədir, ancaq qərarı dövlət verir. Müharibə başa çatandan sonra bununla bağlı qərar olacaq. Müharibə bitməmiş orada quruculuq işlərinə başlamaq olmaz”.

Bahar Rüstəmli