Xəbər lenti

İşdən çıxardığı şəxs
Ekonomiks 18:47 01.07.2024

İşdən çıxardığı şəxs "Gəncə İlməçi"ni məhkəməyə verdi

"Gəncə İlməçi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətlə bağlı məhkəməyə Mehralıyev Nəsrəddin Nəbi oğlu müraciət edib.
 
Nəsrəddin Mehralıyev məhkəmədə sözügedən şirkət tərəfindən qanunsuz işdən çıxarılması və əmək haqqının verilməməsi barəsində iddia qaldırıb. 
Nəsrəddin Mehralıyev məhkəmədə şirkət barəsində "Əmək mübahisələri - Əmək haqqı tələbi" üzrə iddia qaldırıb. 

İşə Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatındadır. 

Qeyd edək ki, qanuni təmsilçisi Ağayev Orxan Sucəddin oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 54260.78 manat vergi borcu var. 

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->