Xəbər lenti

İşdən çıxarıldı, məhkəməyə üz tutdu - DGK-ya qarşı daha bir iddia
Ekonomiks 14:48 27.05.2024

İşdən çıxarıldı, məhkəməyə üz tutdu - DGK-ya qarşı daha bir iddia

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Əli Əliyev işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, rəhbərliyin qərarını qanunsuz hesab edən Əli Əliyev məhkəməyə müraciət edib. 

Onun iddia tələb işə bərpa ilə əlaqədardır. Əli Əliyevin iddiasına Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Lakin iddia təmin edilməyib. 

O, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məhkəməsinə şikayət verib. İş hakim Səxavət Novruzovun icraatındadır. 

Naxçıvan MR Ali Məhkəməsi apellyasiya instansiyası kimi fəaliyyət göstərir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->