Xəbər lenti

İsgəndər Cavadovun oğlu dünyasını dəyişib - TƏFƏRRÜATLAR - YENİLƏNİB
İdman07:22 20.09.2013

İsgəndər Cavadovun oğlu dünyasını dəyişib - TƏFƏRRÜATLAR - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib.

Apasport.az saytının əldə etdiyi xəbərə görə, Lənkəranda ezamiyyətdə olan mərhum bu səhər yuxudan oyanmayıb.
 
Onun ürəktutmasından dünyasını dəyişdiyi güman edilir.
 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri təsdiqləyib: “Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik”.
 
Qeyd edək ki, Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

Qaynar.info