Xəbər lenti

İsgəndər Həmidovun partiyasında dava düşdü:
Siyasət 10:15 18.04.2023

İsgəndər Həmidovun partiyasında dava düşdü: "Sədr özbaşına addım atıb"

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDP) təşkilat komitəsi bəyanat yayıb. 

Qaynarinfo xəbər verir ki, bəyanatda partiya üzvləri təşkilatın fəaliyyətinin dayandırılmasına etiaz etdiklərini bəyan ediblər. Bəyantı təqdim edirik:

"Xeyli müddətdir ki, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasında ciddi böhran hökm sürür. Bununla bağlı dəfələrlə partiya yetkililəri sədr Tufan Kərimə lazımi addımların atılmasının vacibliyni bildirsə də, çox təəssüf ki, o, sədr kimi öhdəliyini yerinə yetirə bilmirdi. İndi isə sədr özbaşına partiyanın buraxılması haqda qərar verib ki, bu da AMDP-də ciddi etiraz doğurub. 

AMDP hər zaman siyasi səhnədə öz sözünü deyib. Partiya hər zaman millətçilik, dövlətçilik ənənələrinə sadiq qalıb. Partiyanın siyasi nüfuzu  cəmiyyətdə hiss olunmaqdadır. Bu üzdən fürsət gözləyən müxtəlif siyasi qurumlar zaman-zaman partiyanın dağılmasını gözləyib və onun siyasi varisi olmaq üçün uğursuz cəhdlər ediblər. Bu cəhdlər bu gün də davam edir. 

Partiya Ramiz Mehdiyev, Əli Həsənov vəzifədə olan dövrlərdə ciddi basqılara rəğmən siyasi mübarizəsini yüksək səviyyədə davam etdirib. Bu basqılar nəticəsində uzun illər qeydiyyatsız fəaliyyət göstərib. Yalnız 2008-ci ilin dekabrında Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınıb. 

AMDP-yə fəaliyyət göstərməsi üçün ofis də ayrılmayıb. Bu gün ölkəmizdə və dünyada gedən siyasi prosesslər milli qüvvələrin fəaliyyətini davam etdirməsini zəruri hesab edir. Düşünürük ki, hər zaman olduğu kimi milli qanadın əsas aparıcısı qüvvəsi olaraq, AMDP (Bozqurd) millət və dövlət maraqları naminə fəaliyyətini davam etdirməlidir. Bunun üçün partiyaya yeni nəfəs vermək üçün sədr Tufan Kərimin müqavimətinə baxmayaraq, Siyasi Şura və MNTK növbədənkənar qurultaya getmək barədə qərar qəbul edib. Növbədənkənar qurultayın keçrilməsi üçün Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə sədrin birinci müavini Eldar Tağıyev rəhbərlik edir. Sədrin özbaşına verdiyi partiyanı buraxması qərarı nizamnaməyə tam ziddir. Nizamnamənin 11.1 bəndinə əsasən partiyanın fəaliyyətinə xitam vermək səlahiyyəti yalnız qurultay və ya məhkəmə qərarı ilə baş verə bilər”. 

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Partiyanın sədri Tufan Kərimdir, qurucusu isə mərhum sabiq daxili işlər naziri İsgəndər Həmidov olub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->