Xəbər lenti

İŞİD bir tayfanın 75 üzvünü öldürdü
Ölkə12:08 02.11.2014

İŞİD bir tayfanın 75 üzvünü öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD günahsız insanları öldürməyə davam edir. Qaynar.info xəbər verir ki, terrror təşkilatı bu dəfə İraqın Ramadi şəhərində Elbu Nemr tayfasının 75 üzvünü qətlə yetirib.
Bu barədə tayfanın nümayəndəsi Naim el-Keud məlumat verib: "Ramadinin şimalında ailəmizin 200 üzvünü ələ keçirən İŞİD 75 nəfəri öldürüb. Onlardan 6-sı qadın, 4-ü uşaqdı".
İŞİD-in son bir həftədə Hit ve Ramadidə 380 nəfəri öldürdüyünü deyən el-Keud aralarında qadın və uşaqların da olduğu 125 nəfər tayfa üzvünün terrorçuların əlində olduğunu bildirib.
Qaynar.info