Xəbər lenti

​İŞİD-in hakerləri Azərbaycan şirkətinin saytına hücum etdi
Ölkə06:45 23.07.2016

​İŞİD-in hakerləri Azərbaycan şirkətinin saytına hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hakerlər Azərbaycanın "Rəvan Sığorta" ASC-nin rəsmi veb-saytını dağıdıblar.

"Qaynarinfo.Az" report-a istinadən bildirir ki, sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər "Amrahbank" ASC-nin də saytını dağıtmışdılar.

Qaynarinfo.Az