
Brüsseldə qanlı terror partlayışları törətmiş "canlı bomba"lardan biri Nəcim Laakruinin kiçik qardaşı Murad Laakrui İsveçrədə keçirilən Avropa taekvondo çempionatında qalib gəlib.
Milli.Az EPA-ya istinadən bildirir ki, o, 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Final qarşılaşmasınad Murad Laakrui 18 yaşlı Hesus Tortosa qalib gəlib.
H.Tortos 2014-cü il Bakıda keçirilmiş Avropa Çempionatında bürünc, 1-ci Avropa Oyunlarında isə gümüş medal qazanmışdı.
M.Laakrui bu yay Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Belçikanı təmsil edəcək.
Qaynarinfo.az