Xəbər lenti

İslamçıların lideri karserə salındı - Qobustan həbsxanasında
Ölkə09:33 04.09.2016

İslamçıların lideri karserə salındı - Qobustan həbsxanasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan İslam Partiyasının lideri Mövsüm Səmədov cərimə kamerasına (karserə) salınıb. Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə M.Səmədovun vəkili Yalçın İmanov deyib.
M.Səmədov kamerasında müddətsiz aclıq aksiyası keçirirdi. Məhbus azad olunmasını tələb edir. Həbsxana müdiriyyəti bir neçə dəfə məhkumdan aclığı dayandırmasını və Penitensiar Xidmətin daxili qaydalarına riayət etməsini tələb edib. M.Səmədov imtina edəndən sonra cərimə kamerasına salınıb.
Vəkilin sözlərinə görə, o, bu səbəbdən müvəkkili ilə görüşə bilməyib.
Qaynarinfo.Az