Xəbər lenti

İslandiyanın prezidenti azarkeşlərlə birgə - FOTOLAR
İdman12:00 04.07.2016

İslandiyanın prezidenti azarkeşlərlə birgə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Avropa Çempionatının 1/4 final mərhələsində Fransa millisinə 2:5 hesabı ilə uduzan İslandiyanının oyununu izləyənlər arasında ölkənin yeni prezidenti Qvyudni Youhannesson da olub.

Qaynarinfo.az xəbər verir ki, avqustun 1-dən işinə başlayacaq prezident matçı VİP zonadan deyil, tribunadan izləyib. O İslandiyanın bundan əvvəl Fransada keçirdiyi oyunlarda da stadionda olub. Həmin şəkillərin bəzilərini təqdim edirik.

Qeyd edək ki, heç bir siyasi partiyaya üzv olmayan 48 yaşlı prezident tarixçidir və İslandiya Universitetində məruzə oxuyur.

Qaynarinfo.az