Xəbər lenti

İsmayıllıda 3 nəfəri doğrayan şəxsin cəzası verildi
Ölkə20:02 28.11.2014

İsmayıllıda 3 nəfəri doğrayan şəxsin cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağır Cinayətlər Məhkəməsində bıçaqlamaqda təqsirləndirilən İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Məhrəmət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Qaynar.info lent.az-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M. Quliyev 4 il müddətinə azadlıqdan məhrumətmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə bu il mayın 30-da Xətai rayonu Əhmədli qəsəbəsində baş verib. M.Hadi küçəsində yerləşən “Yaşıl ada” kafesində İsmayıllı rayon sakini Mərhəmət Quliyev münaqişə zəminində Bakı şəhər sakinləri Tərlan Məmmədova, Binnət Əhmədova və Elnur Məmmədova bıçaqla xəsarət yetirib.
Qaynar.info