Xəbər lenti

İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını həyata keçirilib
Ekonomiks08:55 09.03.2019

İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını həyata keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. 
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. 
Qaynarinfo xəbər verir ki, Şəki, Oğuz, Göyçay, Sabirabad rayonlarinin ardınca növbəti səyyar satış mart ayının 7-də İsmayıllı rayonunun Qubaxəlilli kədində baş turub. Bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.
İsmayıllı rayonunda keçirilən səyyar satış zamanı Qubaxəlilli və ətraf kənd sakinləri müraciət edib və 45,35 ton ammonium nitrat gübrəsi satılıb. 
Bu gün isə Astara rayonun Kijebe qəsəbəsində səyyar satış həyata keçirilir.