Xəbər lenti

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görüldü
Ölkə16:39 12.06.2022

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb.
Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.