Xəbər lenti

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanıldı (FOTO)
Ölkə06:18 09.02.2019

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.
DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd "TOZ  63” markalı ov tüfəngi də götürülüb. 
Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin  272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması)  maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.