Xəbər lenti

İsmayıllıda "Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır" mövzusunda konfrans keçirilib - FOTOLAR
Ölkə08:48 04.07.2016

İsmayıllıda "Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır" mövzusunda konfrans keçirilib - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən "Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır" mövzusunda konfrans keçirilib. Konfransda 70 nəfərə yaxın gənc, ictimaiyyət nümayəndəsi, din xadimi, ziyalı və müəllim iştirak edirdi.
Konfransı girirş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq,  qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb. O, Azərbaycandakı dini mühit, dövlətimizin multikultiralizm siyasəti haqqında geniş məruzə edib.  
Daha sonra çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, bu gün bütün dünyada din adı altında radikalizm və ekstermizim kimi qanunsuz fəaaliyyətlərin həyata keçirilməsi, cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanların, xüsusilə də gənclərin bu proseslərdə alət kimi istifadə edilməsi cəhdləri açıq şəkildə ortadadır. Onun sözlərinə görə, Azərbaycanda əsrlərdir dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb: "Azərbaycanda əhalinin təxminən 96 faizə qədəri İslam dininə inanır. Eyni zamanda ölkəmizdə digər dinlərə inanan insanların da azad və müstəqil ibadəti üçün bütün şərait yaradılmışdır".
Birlik sədri eyni zamanda layihə çərçivəsində görülən işlərdən söz açaraq, dini maarifləndirmə sahəsində www.tolerance.az saytının yaradıldığını diqqətə çatdırdı.
Konfransda daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, politoloq Əhməd Şahidov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, İsmayıllı “Cümə” məscidinin  dini icma sədri Vasif Teymurov, “Məhəmədiyyə məscidi”nin imamı Elnur Yusifov çıxış edərək  dini radikalizm və onun fəsadları  barədə konfrans iştirakçılarına məlumat verdilər. Ölkəmizin  dini tolerantlıq sahəsində dünyaya örnək  bir mövqedə olmasını, multikulturalizmin həyat tərzinə çevrildiyini diqqətə çatdırdılar.
YAP Gənclər Birliyinin sədri Şəhla Qafarovanın, UADM-nin əməkdaşı Gülnar Mikayılovanın təklifləri maraqlı müzakirələrlə müşahidə olundu.
Qaynarinfo.az