"Atletik"in futbolçusu İnaki Uilyams İspaniya La Liqasının tarixinə düşüb.
Qaynarinfo xəbər verir ki, çempionatın 8-ci turunda "Alaves"lə matçda ilk "11-lik"də yer alan futbolçu ardıcıl 203-cü matçını keçirib. 2016-cı ildən bəri bütün La Liqa matçlarında meydana çıxan 27 yaşlı oyunçu, 1986-1992-ci illərdə ardıcıl 202 oyun keçirən "Real Sosyedad"ın sabiq futbolçusu Con Andoni Larranqanın rekordunu qırıb.
İspan hücumçu "Atletik"in heyətində ümumilikdə 303 matçda meydana çıxıb, 69 dəfə rəqib qapılarının torunu silkələyib.
Səbuhi Həsənov