
Fransada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunun İspaniya - Çexiya oyununda maraqlı hadisə yaşanıb.
Qaynarinfo.az xəbər verir ki, İspaniya millisinin və İtaliyanın "Yuventus" klubunun hücumçusu Alvaro Morata 10-cu dəqiqədə topun auta çıxmasının qarşısını almaq istəyərkən polşalı yan xətt hakimi Pavel Sokolnitskini yıxıb.
Həmin anın görüntüsünü təqdim edirik:
Qeyd edək ki, Tuluza şəhərində keçirilən oyunun ilk hissəsindən sonra hesab açılmayıb.
Qaynarinfo.az


