Bu gecə İspaniya Superkubokunun sahibi bəlli olub.Qol.Az-ın məlumatına görə, həlledici oyunda Azərbaycanın sponsoru olduğu, son Kral Kubokunun qalibi Madridin “Atletiko” klubu ilə ölkə çempionu “Barselona” üz-üzə gəlib.
Bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə də bərabərlik qeydə alınıb. Lakin bu dəfə qapılara qol vurulmayıb - 0:0. Bu nəticə ilə İspaniya Superkubokunu "Barselona" qazanıb.
Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya Superkubokunu qazanıb. Kataloniyalılar isə buna qədər 9 dəfə bu mükafatın sahibi olublar.
28 avqust
İspaniya Superkuboku, cavab oyunu
02:00. "Barselona" - "Atletiko" (Madrid) (İlk oyun - 1:1) - 0:0
Qaynar.info