
İspaniyanın "Real Ovyedo" klubunda baxışda olan Elnur Cəfərov dünən Azərbaycana qayıdıb.
Qaynar.info-nun əldə etdiyi məlumata görə, Elnur İspaniya klubunun həm əsas, həm də B komandasında məşq edib.
Onun hazırlığı ispan məşqçilərin xoşuna gəlib. Bu həftə ərzində ispanların futbolçunun məxsus olduğu "Xəzər Lənkəran" klubuna təklif göndərməsi gözlənilir.
Qeyd edək ki, Elnur Cəfərov fevralın 16-da İspaniyanın Ovyedo şəhərinə yola düşmüşdü və orda 1 həftə məşq keçib.
Qaynar.info