Xəbər lenti

İdman 10:30 14.03.2024

İspaniyada futbolçuların evlərini qarət edən oğrular ələ keçdi

Madriddə müxtəlif vaxtlarda bəzi futbolçuların evlərini qarət edən cinayətkarlar yaxalanıb.

Qaynarinfo-nun məluamtına görə, İspaniya polisi futbolçuların evlərini qarət edən cinayətkarlardan ibarət təşkilatın dağıdıldığını, altı nəfərin həbs edildiyini açıqlayıb.

Radamel Falkao və Rodriqo Qoes də daxil olmaqla bəzi futbolçuların evlərini qarət edən cinayət təşkilatı paytaxt Madrid və ətraf rayonlarda müxtəlif vaxtlarda oğurluqlar həyata keçirib. Beş kişi və bir qadın olmaqla ümumilikdə altı nəfərin həbs edildiyini açıqlayan polis orqanı, sözügedən cinayət təşkilatının 2022-ci ilin iyul ayında əksəriyyəti futbolçulara məxsus səkkiz evdə oğurluq həyata keçirdiyi barədə məlumat paylaşıb.

Futbolçuların və onların ailələrinin həyatını, giriş-çıxış saatlarını izləmək üçün xüsusilə sosial mediada video və fotoşəkillər üzərində işlədikləri ortaya çıxan oğrular sonuncu dəfə 2023-cü ilin mayında lüks saatlar və zinət əşyaları olan bir mağazada görünüb. Son illərdə İspaniyada futbolçuların evlərində tez-tez oğurluqlar baş verib. Məşhur ispan müdafiəçi Serxio Ramosun Sevilyadakı ferması 2023-cü ilin sentyabrında həmin oğrular tərəfindən qarət edilmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->