İspan polisi 28 professional tennisçiyə qarşı istintaq prosesinə start verib.
Qaynarinfo Sky Sports-a istinadən xəbər verir ki, aralarında tennisçilərin də olduğu 15 nəfər artıq həbs edilib. Evlərə təşkil edilən basqınlarda silah, bahalı nəqliyyat vasitələri, kredit kartları və 167 min avro pul ələ keçirilib.
Tennisçilərin adları açıqlanmayıb, lakin bildirilir ki, ermənilərdən təşkil olunmuş cinayətkar dəstə mərc oyunları üçün idmançılara rüşvət ödəyib.
Qeyd edək ki, İspaniyada azı 97 tennis matçının nəticəsinin əvvəlcədən danışıldığı güman edilir.
Gülşən