Xəbər lenti

İspanlar Çempionlar Liqasında ilkə imza atdı
İdman11:58 26.08.2015

İspanlar Çempionlar Liqasında ilkə imza atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasında bir ilkə imza atılıb.

Qaynar.info xəbər verir ki, ilk dəfə sözügedən turnirin qrup mərhələsində bir ölkədən beş komanda çıxış edəcək.

Bu, ÇL-in “pley-off” mərhələsində “Monako” - “Valensiya" oyunundan sonra baş verib. İspaniya klubu iki oyunun nəticəsinə (3:1, 1:2) əsasən növbəti mərhələyə yüksəlib.

Bununla da “Valensiya”, “Barselona”, “Real”, “Atletiko”, “Sevilya”dan sonra turnirin qrup mərhələsində iştirak edəcək 5-ci İspaniya klubu olub. Bu isə ÇL-in tarixində bir ilkdir.

Qaynar.info