Xəbər lenti

İsrafilov: "Keçmişdə olanları unutmaq lazımdır"
İdman19:57 24.03.2022

İsrafilov: "Keçmişdə olanları unutmaq lazımdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Maltada Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək Malta – Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında komandanın üzvü Eddi İsrafilov fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi bunları deyib: 
"Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam.  Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.
Səbuhi Həsənov