Eddi İsrafilov "Neftçi"yə transferi haqda fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi şəxsi instaqram vasitəsilə paylaşım edib. O əvvəlcə "Neftçi"yə gələnə qədər baxışda olduğu "Luqo"ya təşəkkür edib:
"İlk olaraq, keçirdiyim aylara görə İspaniyanın "Luqo" klubuna minnətdaram. Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm.
İsrafilov Bakı klubuna qoşulduğu üçün çox xoşbəxt olduğunu da bildirib:
"Neftçi" kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm".
İsrafilov ötən gün "ağ-qaralar"la 2,5 illik müqavilə imzalayıb. O, iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb və "Luqo"da məşqlərə çıxıb.
Eddi 2015-ci ildən Azərbaycan yığmasına dəvət alır. 29 yaşlı oyunçu sonuncu dəfə, 2019-cu il noyabrında Slovakiya ilə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən səfər matçında millinin formasını geyinib. Həmin qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov