Xəbər lenti

İsrafilov "Malyorka" ilə oyuna görə yığmamıza gec qoşulacaq
İdman11:09 19.05.2016

İsrafilov "Malyorka" ilə oyuna görə yığmamıza gec qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışına dəvət edilən Eddi İsrafilov İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə gec qoşulacaq.

Qaynarinfo.az xəbər verir ki, Eddinin çıxış etdiyi "Kordova" klubunun İspaniya Sequndasında "Mirandes" və "Malyorka" ilə oyunlara görə, mayın 30-da yığmamızın düşərgəsinə qoşulacaq. Bu oyunlar "Kordova"nın La Liqaya çıxmaq üçün pley-off matçlarına qatılmasına kömək ola bilər. Eddi klubunun "Almeriya" ilə son görüşündə isə yığmamıza görə iştirak edə bilməyəcək.

Bundan başqa, "Qəbələ"nin müdafiəçisi Arif Daşdəmirov zədəli olduğu üçün heyətdən çıxarılıb. 

Xatırladaq ki, bundan əvvəl "Qəbələ"nin digər futbolçusu Elvin Camalovun zədəsinə görə Avstriyaya aparılmayacağı bəlli olmuşdu. Arif Daşdəmirovun yığmadan çıxarılması ilə 28 futbolçunun Avstriyaya gedəcəyi müəyyənləşmiş oldu.

Qaynarinfo.az