Xəbər lenti

İsrail millisinin sabiq hücumçusu Azərbaycan çempionatında
İdman07:53 03.07.2023

İsrail millisinin sabiq hücumçusu Azərbaycan çempionatında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ" yeni forvardla güclənib.
Qaynarinfo sportinfo.az-a istinadən xəbər verir ki, bölgə klubu israilli hücumçu Osama Xalailanı heyətinə qatıb.
Bütün detallarda razılıq əldə olunan forvardla 1+1 illik müqavilə imzalanacaq.
25 yaşlı futbolçunun karyerası bütünlüklə ölkəsinə bağlıdır. Ön xətt oyunçusunun son klubu "Makkabi" (Təl Əviv) olub.
Ötən mövsüm meydana çıxdığı 26 matçda 2 qol, 3 asistlə yadda qalıb.
Ümumilikdə isə karyerası ərzində keçirdiyi 150 görüşdə aktivinə 27 qol, 13 asist yazdıra bilib.
Ölkəsinin bütün aşağı yaş qruplarında oynamış forvard əsas milli komanda da 1 dəfə forma geyinməyə imkan tapıb.