Xəbər lenti

İsrailin Azərbaycandakı səfirliyi təxliyyə edilib?
Siyasət13:30 03.04.2024

İsrailin Azərbaycandakı səfirliyi təxliyyə edilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir, səfirliyin fəaliyyətində heç bir dəyişiklik yoxdur.
Bu barədə Qaynarinfo-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, səfirliyin iş fəaliyyətində heç bir dəyişiklik yoxdur və diplomatik korpus normal rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, sosial şəbəkələrdə İran mənbələrinə istinadən İsrailin Bakıdakı və Əbu-Dabidəki səfirliklərinin təxliyə olunması barədə məlumatlar yayılıb.