Xəbər lenti

İdman 17:49 23.01.2024

İsrailin Paris 2024 üçün büdcəsi azaldıldı

İsrailin Paris 2024 Yay Olimpiya və Paralimpiya oyunlarına milli komandanı hazırlamaq üçün büdcəsi azaldılıb.

Qaynarinfo-nun məlumatına görə, İsrail İdman Nazirliyi Fələstinlə hərbi münaqişəyə görə büdcəni 20% azaltmağı planlaşdırsa da aparılan danışıqlardan sonra təşkilat tərəfindən ayrılan vəsaitin səkkiz faiz azaldılamsı barədə qərar qəbul edilib.

Nazirliyin bəyanatında ölkə idmançılarının mümkün uğurları ilə əlaqədar oyunlara hazırlıq büdcəsinin minimuma endirildiyi və 36,5 milyon şekel (9,6 milyon ABŞ dolları) təşkil ediləcəyi bildirilib. 

Fələstin-İsrail münaqişəsi oktyabrın yeddisində başlayıb və İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib.

Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?