Xəbər lenti

İsraillilərlə yarışdan imtina etdiyi üçün İran cüdoçuları 4 il evdə oturacaq
İdman12:30 01.09.2022

İsraillilərlə yarışdan imtina etdiyi üçün İran cüdoçuları 4 il evdə oturacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq İdman Arbitraj Məhkəməsi İran cüdoçularının beynəlxalq arenalarda iştirakına 4 il qadağa qoyulmasını təsdiqləyib.
Qaynarinfo bu barədə Iranın Təsnim agentiliyinə istinadən xəbər verir.
Təsnim xəbər agentliyinin İran Cüdo Federasiyasının ictimaiyyətlə əlaqələrə şöbəsinə istinadən verdiyi məlumata görə, beynalxalq İdman Arbitraj Məhkəməsi yekun qərarını bu gün, sentyabrın 1-də İran Cüdo Federasiyasına elektron məktub göndərərək elan edib.
Buna səbəb iranlı cüdoçuların İsrail cüdoçuları ilə yarışmaqdan çəkinməsidir.
Qeyd edilir ki, İran hökuməti cüdo, güləş, taekvondo, karate və s. kimi müxtəlif idman növləri üzrə idmançılara və idman məşqçilərinə təzyiq göstərir, onların İsrail idmançıları ilə yarışmasına mane olur.
Aydın