Xəbər lenti

İşsizlərə ŞAD XƏBƏR
Ölkə05:00 20.12.2016

İşsizlərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda maliyyə xidmətləri sahəsində 1600 iş yeri yaradıla bilər.

Qaynarinfo.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, maliyyə xidmətləri sektorunda prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in750 milyon manat dəyərində artacağı, maliyyə xidmətləri sektorunda 1600 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Yol xəritəsinə əsasən maliyyə xidmətlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər üzrə 2020-ci il üçün aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

- bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artması;

- 2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxması;

- maliyyə dərinliyinin (kreditlərin qeyri-neft ÜDM-ə nisbətinin) 60 faiz təşkil etməsi;

- qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması;

- sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması.

Qaynarinfo.Az