Xəbər lenti

İşsizlərin nəzərinə: Birdəfəlik ödəməni bazar günü də almaq mümkün olacaq
Ölkə12:20 18.04.2020

İşsizlərin nəzərinə: Birdəfəlik ödəməni bazar günü də almaq mümkün olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) həftənin bazar günü də fəaliyyət göstərəcək.
Bu barədə "Report”a qurumdan məlumat verilib.
Bildirilir ki, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.
Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günü 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı "Şəbəkə” xidmət mərkəzləri də bazar günü həmin saatlarda vətəndaşların xidmətindədir.